RUSİYA

Rublun məzənnəsi niyə zəifləyir? - Nazir açıqladı

Rusiya Mərkəzi Bankının (MB) rəhbəri Elvira Nabiullina hesab edir ki, Rusiya iqtisadiyyatı üçün deinflyasiya riskləri indi önəmli deyil.
Sputnik
BAKI, 31 iyul — Sputnik. Rublun məzənnəsinin zəifləməsi ilk növbədə ölkəyə daxil olan və xaricə valyuta axını ilə bağlıdır. Bunu Rusiyanın maliyyə naziri Anton Siluanov bildirib.
"Rublun zəifləməsi ilk növbədə ticarət balansı ilə - ölkəyə daxil olan və xaricə valyuta axını ilə bağlıdır. Üstəlik, tətil vaxtıdır, kimsə xaricə gedəndə valyutaya tələbat da artır", - deyə nazir TASS-a müsahibəsində bildirib.
Onun sözlərinə görə, proqnozlaşdırıla bilən rubl həm insanlar, həm də biznes üçün vacibdir.
"Nəzərə almalıyıq ki, məzənnə inflyasiyaya təsir edir. İnflyasiyanın səviyyəsinə nəzarət hökumət və Mərkəzi Bank üçün prioritet məsələdir, çünki bu, ilk növbədə əhalinin ən həssas təbəqələrinə təsir göstərir", - deyə o qeyd edib.
Siluanov əmin edib ki, Maliyyə Nazirliyi rublun məzənnəsinin tənzimlənməsi variantını nəzərdən keçirmir.
"Rublu saxlamaq və bazarda məzənnəni tənzimləmək seçim deyil, biz artıq bunu keçmişik. Bu, qızıl-valyuta ehtiyatlarının xərclənməsini tələb edir və xarici ticarətin aparılması şərtlərini pozur", - deyə nazir bildirib.
Rusiya Mərkəzi Bankının (MB) rəhbəri Elvira Nabiullina hesab edir ki, Rusiya iqtisadiyyatı üçün deinflyasiya riskləri indi önəmli deyil. O, Qərbin Rusiya Federasiyasına qarşı sanksiyalarının mümkün sərtləşdirilməsini iqtisadiyyat üçün daha ciddi risk adlandırıb. İyulun 21-də Mərkəzi Bankın Direktorlar Şurası əsas uçot dərəcəsini illik 8,5%-ə qaldırıb. Əvvəllər bu, 7,5% səviyyəsində idi.