RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Krım körpüsünə hücum ABŞ-ın terrora sponsorluq etdiyini təsdiqləyir - Patruşev

ABŞ texnologiyasından istifadə Krım körpüsünə edilən hər iki hücumda həlledici rol oynayıb.
Sputnik
BAKI, 31 iyul — Sputnik. Ukraynanın Krım körpüsünə hücumları təsdiqləyir ki, Kiyev rejiminə yardım edən ABŞ və onun müttəfiqləri əslində terrorizmin sponsorlarıdır. Bunu Rusiya Təhlükəsizlik Şurasının (TŞ) katibi Nikolay Patruşev bildirib.
"Amerikalı jurnalist Seymur Herş ABŞ rəsmisinə istinadən bildirib ki, ABŞ texnologiyasından istifadə Krım körpüsünə edilən hər iki hücumda həlledici rol oynayıb. Maliyyə yardımı və silah tədarükünün davam etdirilməsi əslində terrorizmin sponsorlarının işidir", - Patruşev təhlükəsizlik məsələlərinə həsr olunmuş iclasda bildirib.
"Qərbin bu cür hərəkətləri Ukraynada xüsusi hərbi əməliyyat zamanı vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi vəzifələrinin vacibliyini vurğulayır", - o əlavə edib.