BAKI, 31 iyul — Sputnik. Zəngəzur dəhlizinin açılması yeni mərhələdə xüsusi aktuallıq kəsb edir. Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında deyib.
"Bununla bağlı olaraq Qars-Naxçıvan dəmiryolu layihəsinin icrasının əhəmiyyəti hər zaman olduğundan daha önəmlidir. Post-münaqişə dönəmində Ermənistan Azərbaycan normallaşması prosesi ətrafında fikir mübadiləsi aparmaq imkanımız oldu. Azərbaycan tərəfindən Ermənistana təklif olunan ölkələrin qarşlıqlı əsasda ərazi bütövlüyü, suverenliyi və sərhədlərin toxunulmazlılığı prinsipindən irəli gələrək sülh sazişinin imzalanması prosesin başa çatdıırılması önəm kəsb edir".
Ceyhun Bayramov bildirib ki, Ermənistanın öz öhdəliklərinə zidd olaraq Azərbaycan ərazilərdən tam olaraq hərbi birləşmələrini çıxarmaması, Zəngəzur dəhlizinin açılmasına müxtəlif bahələrlə maneçilik törətməsi, Qarabağda yaşayan sakinlərin hüquqları və təhlükəsizliyi bəhanəsi ilə Azərbaycanın daxili işlərinə qarışmaq niyyətindən əlçəkməməsi, eyni zamanda erməni sakinləri Azərbaycanın reinteqrasiya səylərinə müxtəlif yollarla mane olması bölgədə sülh və əminəmanlığa əsas təhdidlər sırasındadır.
"Bütün bu təhdidlərə baxmayaraq həm Azərbaycan tərəfindən həyata keçirilən siyasət, həmçinin Azərbaycan və Türkiyənin bölgənin gələcəyi ilə bağlı baxışları və həyata keçirdikləri birgə addımlar bundan sonra da bölgədə və daha geniş coğrafiyada tərəqqini, təhlükəsizliyi təmin edəcəkdir".