DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Əfqanıstan üzrə Moskva formatında görüş bu tarixdə keçiriləcək

Moskva formatının Əfqanıstan üzrə əvvəlki görüşü ötən ilin noyabrında Moskvada keçirilib.
Sputnik
BAKI, 31 iyul — Sputnik. Əfqanıstan üzrə Moskva formatının yeni görüşü sentyabrın 29-da Kazanda keçiriləcək. Bu barədə TASS-a Rusiya Federasiyası Prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, Xarici İşlər Nazirliyinin Asiya üzrə İkinci Departamentinin direktoru Zamir Kabulov məlumat verib.
Onun sözlərinə görə, qarşıdakı görüşdə "Taliban" hökumətinin inklüzivliyi (Rusiya Federasiyasında "Taliban" hərəkatı qadağandır) mövzusu əsas müzakirə mövzusu olacaq.
"Hələlik biz bu məsələdə irəliləyiş müşahidə etmirik", - Kabulov deyib.
O əlavə edib ki, görüşdə həmçinin terrorizm və narkotik cinayətlərinə qarşı mübarizə müzakirə olunacaq.
Kabulovun qeyd edib ki, taliblərin nümayəndə heyəti, görüşdə iştirakını təsdiqləyib.
Onun sözlərinə görə, iştirakçıların təxminən yarısı artıq iştirakını təsdiqləyib. Qalanını gözləyirik, hələ kifayət qədər vaxt var", - diplomat əlavə edib.
Moskva formatının Əfqanıstan üzrə əvvəlki görüşü ötən ilin noyabrında Moskvada keçirilib. Bu format 2017-ci ildə Əfqanıstanda milli barışıq prosesinin irəliləməsinə kömək etmək üçün yaradılıb. Buraya Rusiya, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistan daxildir.