BAKI, 31 iyul — Sputnik. Çin hakimiyyəti alıcıların onları hərbi məqsədlər üçün istifadə edə biləcəyi narahatlığına görə uzun mənzilli mülki dronların ixracına məhdudiyyətlər qoymaq qərarına gəlib. bu barədə "Associated Press" (AP) Çin Ticarət Nazirliyinin bəyanatına istinadən xəbər verir.
"Bəzi yüksək səmərəli mülki pilotsuz təyyarələrin hərbi məqsədlər üçün yenidən təchiz oluna bilməsi riski artır", - nazirlik bildirib.
Tədbirlər çərşənbə axşamı qüvvəyə minəcək, lakin Ticarət Nazirliyi hansı məhdudiyyətlərdən söhbət getdiyini açıqlamayıb. Eyni zamanda, onlar havada 30 dəqiqədən çox qala bilən, yüklərini yerə atan, çəkisi 7 kq-dan çox olan dronlara aid olacaq.
"Ukrayna böhranı başlayandan bəzi Çin pilotsuz uçuş aparatları şirkətləri könüllü olaraq münaqişə zonalarında fəaliyyətini dayandırıblar", - nazirlik bildirib.
Nazirlik həmçinin bildirib ki, hər zaman mülki PUA-ların hərbi məqsədlər üçün istifadəsinə qarşı çıxıb və ABŞ və Qərb mediasını Çinin dron ixracı ilə bağlı yalan məlumat yaymaqda ittiham edib.