CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Cəlilabadın baş memarı və bələdiyyə sədri saxlanılıb

Faktla bağlı əlavə məlumat veriləcək
Sputnik
BAKI, 31 iyul - Sputnik. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Cəlilabad rayon İcra Hakimiyyətində əməliyyat keçirir.
APA-nın əldə etdiyi xəbərə görə, əməliyyat nəticəsində Cəlilabad Şəhər Bələdiyyəsinin sədri və rayonun baş memarı Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, faktla bağlı əlavə məlumat veriləcək.