BAKI, 31 iyul — Sputnik. Tarif (Qiymət) Şurasının daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastrı xidmətlərinin tariflərinin tənzimlənməsi barədə bu gün qəbul etdiyi qərara əsasən, Azərbaycanda bu sahədə tariflərin sayı 79-dan 60-a endirilib.
Xidmət sayının optimallaşdırılması bir sıra istiqamətlər üzrə xidmət haqqının aşağı salınmasına və ya tamamilə ləğv edilməsinə imkan yaradıb.
Qanunvericiliyə dəyişikliklər nəticəsində yaranmış yeni 9 xidmət üzrə 14 tarif müəyyənləşdirilib, 21 tarif mövcud səviyyədə saxlanılıb, 29 tarif tətbiq olunmadığı üçün ləğv edilib, 5 tarif alt qruplara keçirilərək ümumiləşdirilib.