DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Astana "üçlüyü" Qazaxıstana Suriya üzrə görüş keçirməyi təklif edəcək - Boqdanov

Boqdanov bildirib ki, Qazaxıstan Suriya üzrə Astana formatında görüşlərin keçirilməsini davam etdirməyə razılaşıb.
Sputnik
BAKI, 31 iyul — Sputnik. Rusiya, İran və Türkiyə ilin sonuna qədər Astana formatında görüş keçirmək təklifi ilə Qazaxıstana müraciət edəcək. Bu barədə TASS-a Rusiya Federasiyası prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov məlumat verib.
"Üç qarant ölkə arasında belə bir görüşlə bağlı ilin sonuna qədər Qazaxıstana təkliflə çıxış etmək fikri var.
Bazar ertəsi Qazaxıstanın xarici işlər nazirinin müavini Kanat Tumış TASS-a bildirib ki, Suriya nizamlanması üzrə Astana prosesində iştirak edən dövlətlər bu formatda növbəti görüşün keçirilməsi xahişi ilə hələlik Qazaxıstan tərəfinə müraciət etməyiblər.
Rusiya-Afrika forumu çərçivəsində TASS-a müsahibə verən Boqdanov bildirib ki, Qazaxıstan Suriya üzrə Astana formatında görüşlərin keçirilməsini davam etdirməyə razılaşıb.
İyunun 20-21-də Astanada Suriya üzrə Astana formatında növbəti beynəlxalq görüş keçirilib. Danışıqlarda qarant ölkələrin - Rusiya, Türkiyə və İranın nümayəndə heyətləri, Suriya hökuməti və Suriya müxalifətinin nümayəndələri iştirak ediblər. BMT, İordaniya, Livan və İraqın nümayəndələri müşahidəçi qismində iştirak ediblər. Qazaxıstan paytaxtında Suriya üzrə danışıqlar ilk dəfə 2017-ci ilin yanvarında keçirilib. Eyni zamanda, Tumış iyunun 21-də respublikanın paytaxtında başa çatan Astana formatının 20-ci iclasının sonuncu olacağını bildirib. İyunun 22-də Qazaxıstan Xarici İşlər Nazirliyinin şərhində bildirilir ki, Qazaxıstan hakimiyyəti tərəflərin kollektiv xahişi ilə xoşməramlılıq jesti olaraq respublikanın paytaxtında Astana formatında Suriya üzrə danışıqları bərpa etməyə hazırdır.