Ümummilli lider Heydər Əliyev tərəfindən 2001-ci il avqustun 9-da "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" Fərman verilib və buna əsasən, hər il avqustun 1-i Azərbaycanda Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur.
Bununla yanaşı, avqustun 1-də Azərbaycan dilinin jurnalistikada düzgün istifadəsi, yeni əcnəbi sözlərin və onların müasir Azərbaycan dilinə uyğunlaşması ilə bağlı problemlərdən danışmaq üçün bir səbəbdir. Mütəxəssislərin fikrincə, jurnalist şifahi və yazılı nitq bacarıqlarına malik olmalıdır, həmçinin bu dildən istifadə edərək yeni üsullar axtarmalıdır. Əlbəttə ki, əgər dilin leksik və qrammatik qaydalarını pozmasalar.
Bu gün Azərbaycan dilinin jurnalistikada tətbiqi ilə bağlı vəziyyət haqqında Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi Elçin İsmayılov avqustun 1-də, saat 11:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində danışacaq.
Əlaqə:
Telefonlar: 404-13-84/85
E-mail: i.velizade@rian.ru.
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzinin ünvanı: Mətbuat pr., məh.529, bina 23, mərt.4.