BAKI, 30 iyul - Sputnik. Rusiya Silahlı Qüvvələri öz ərazisindən imtina edəcəyi təqdirdə nüvə silahından istifadə etməli olacaq.
Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev öz "Telegram" kanalında yazıb.
O, Rusiya Silahlı Qüvvələrinin kollektiv düşmənin əks-hücumunu dəf edərək qlobal münaqişənin qarşısını aldığını bildirib.
Medvedev qeyd edib ki, əgər "NATO-nun dəstəyi ilə Ukrayna Bandera qoşunlarının hücumu"nun uğur qazandığını və Rusiya ərazisinin bir hissəsini ələ keçirdiklərini təsəvvür etsək, Rusiya ölkə prezidentinin 02.06.2020-ci il tarixli fərmanının qaydalarına əsasən, "nüvə silahından istifadəyə getməlidir".
Bu yaxınlarda ABŞ-ın sabiq Prezidenti Donald Tramp, ABŞ-dan daha çox nüvə silahına malik olan Rusiya ilə anlaşmağa çağırıb.
Onun sözlərinə görə, Ukraynadakı münaqişə səbəbindən ABŞ hazırda "çox axmaq və təhlükəli vəziyyətdədir".
Təqaüddə olan amerikalı polkovnik Daniel Davis bildirib ki, Qərbin Moskvanı "işğal olunmuş" ərazilərdən sıxışdırıb çıxarmaq istəyi Rusiyanın ən böyük nüvə silahı arsenalı ilə nəticələnəcək.