BAKI, 30 iyul - Sputnik. Ukrayna Prezidenti Vladimir Zelenskinin nankorluğu, habelə onun tabeçiliyində olan statusunu anlamaması Qərb ölkələrini Kiyevdə onun əvəzedicisini axtarmağa vadar edir.
Bu barədə Serbiyanın "Politika" qəzeti məlumat yayıb.
Məqalədə qeyd olunur ki, Ukrayna prezidentinin nankorluğu ilə bağlı açıqlamalar hazırda Kiyevin müttəfiqləri arasında mövcud olan narazılıq aysberqinin zirvəsidir.
"Bəlkə də bu narazılıq Ukraynaya dəstək verməkdən imtina etməyə səbəb olmayacaq, lakin bu, şübhəsiz ki, Zelenskiyə Ukraynada əvəz tapıla biləcəyinə dair siqnal olacaq", - deyə nəşrin müəllifləri bildirirlər.
Nəşrdə qeyd olunur ki, Ukrayna lideri "tabeçilikdə olan" statusunu unudub, lakin "o, evdə kimin rəis olduğunu heç vaxt unutmamalıdır", əks halda prezident kreslosunu itirəcək.
Jurnalist Anna van Denski yazıb ki, Zelenskidə bütün dünyanın ona borclu olduğu hissi yaranmağa başlayıb və buna görə də o, özünü "şıltaq primadonna" kimi aparır. Bu cür davranışlar isə Kiyevin Şimali Atlantika Alyansı ilə münasibətlərində "çatların yaranmasına səbəb olur".