SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistanın qarayaxma kampaniyası müharibə cinayətlərinə dəstəkdir - XİN rəsmisi

XİN rəsmisi deyib ki, Ermənistanın iddialarının əksinə olaraq, beynəlxalq humanitar hüquqda qanuni hərəkətlərlə bağlı heç bir məhdudiyyət yoxdur.
Sputnik
BAKI, 30 iyul — Sputnik. Ermənistanın iddialarının əksinə olaraq, beynəlxalq humanitar hüquqda qanuni hərəkətlərlə bağlı heç bir məhdudiyyət yoxdur.
Ermənistan tərəfindən qarayaxma kampaniyası müharibə cinayətlərinə bəraət qazandırmaq və dəstək verməkdən başqa bir şey deyil.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Twitter hesabında yazıb.
"Azərbaycanın müharibə cinayətkarına qarşı atdığı addımlar beynəlxalq hüquqa və Azərbaycan qanunvericiliyinə əsaslanır.
Ermənistanın iddialarının əksinə olaraq, beynəlxalq humanitar hüquqda qanuni hərəkətlərlə bağlı heç bir məhdudiyyət yoxdur.
Ermənistan tərəfindən qarayaxma kampaniyası müharibə cinayətlərinə bəraət qazandırmaq və dəstək verməkdən başqa bir şey deyil", - Ayxan Hacızadə qeyd edib.
SİYASƏT
Azərbaycan Ermənistan XİN-in Vaqif Xaçatryanın həbsi barədə bəyanatına cavab verdi