HADİSƏ

Azərbaycanlı ata və oğul Rusiyada bədbəxt hadisə nəticəsində ölüblər

Hadisə nəticəsində Nurəddin hadisə yerində keçinib, ağır xəsarət alan ata isə iyulun 28-də müalicə aldığı xəstəxanada ölüb.
Sputnik
BAKI, 30 iyul - Sputnik. Əslən azərbaycanlı olan Rusiya vətəndaşları faciəvi şəkildə ölüblər.
Rusiyanın Tümen vilayətinin Niaqan şəhərində Salyan rayonunun Qarabağlı kəndindən olan 55 yaşlı Kərimov Mahir və oğlu 29 yaşlı Nurəddin iyulun 19-da, yanacaqdaşıyan sisternin boş çənində təmir işləri apararkən partlayış baş verib.
Hadisə nəticəsində Nurəddin hadisə yerində keçinib, ağır xəsarət alan ata isə iyulun 28-də müalicə aldığı xəstəxanada ölüb. Oğlun nəşi iyulun 26-da Salyanda dəfn edilib. Mahir Kərimovun nəşinin isə avqustun 2-də Qarabağlıya gətiriləcəyi gözlənilir (APA).