RUSİYA

ABŞ-da Su-57-ni Rusiyanın ən təhlükəli qırıcısı hesab edirlər

Bu qırıcının ən dəyərli xüsusiyyətləri onun müstəsna manevr qabiliyyəti, R-77M və R-37M "hava-hava" raketlərinin gücü və geniş çeşiddə qanadlı raket siniflərinə çıxış imkanıdır.
Sputnik
BAKI, 30 iyul - Sputnik. Rusiyanın beşinci nəsil Su-57 qırıcısı Rusiya Aerokosmik Qüvvələrinin ən təhlükəli təyyarəsidir.
Bu barədə Rusiya mediası ABŞ-ın "Military Watch" nəşrinin jurnalistlərinin qeydlərinə istinadən xəbər verib.
Nəşrdə qeyd olunur ki, qırıcının ən dəyərli xüsusiyyətləri onun müstəsna manevr qabiliyyəti, R-77M və R-37M "hava-hava" raketlərinin gücü və geniş çeşiddə qanadlı raket siniflərinə çıxış imkanıdır.
Həmçinin bildirilir ki, Ukraynada xüsusi hərbi əməliyyatda (XHƏ) Su-57 qırıcıları Rusiya Silahlı Qüvvələri tərəfindən fəal istifadə olunur.
İyunun 23-də Birləşmiş Aviasiya Korporasiyasının baş direktoru Yuri Slyusar bəyan edib ki, bu il Rusiya Aerokosmik Qüvvələrinə beşinci nəsil Su-57 qırıcılarının tədarük həcmi artacaq.
Bildirilib ki, Rusiya Aerokosmik Qüvvələri Su-35S qırıcılarının yeni partiyasını əldə edib.