BAKI, 29 iyul - Sputnik. Rusiyaya qarşı məhkəmə iddiaları onun düşmənləri tərəfindən gücsüzlük üzündən başladı, lakin bu cür hərəkətlər nə vaxtsa həqiqətən müharibə üçün bəhanə ola bilər. Bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün Teleqram kanalında Rusiya liderinin həbsinə dair Beynəlxalq Cinayət Məhkəməsinin orderi ətrafında yaranmış vəziyyəti şərh edərkən xəbərdarlıq edib.
“Sərəncamlar, prokurorlar, Rusiyaya qarşı məhkəmə prosesləri - bütün bunlar bizim düşmənlərimizin zəiflikdən əyləndiyi oyuncaqlardır. Yenə də yadda saxlamalıyıq - bunlar potensial təhlükəli oyunlardır və bu cür hərəkətlər nə vaxtsa həqiqətən də "casus belli"yə çevrilə bilər”, - deyə Medvedev yazıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.