PAYTAXT XƏBƏRLƏRİ

Paytaxtda küləyin təsirindən 11 ağac sınıb - FOTO

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları bütün gecəni gücləndirilmiş iş rejimində çalışaraq hadisənin nəticələrini aradan qaldırıblar.
Sputnik
BAKI, 29 iyul - Sputnik. Gecə saatlarından etibarən Bakı şəhərində əsən güclü külək ciddi fəsadlara səbəb olmasa da bəzi ağaclara ziyan vurub. Küləyin təsirindən şəhərdə 11 ağac sınıb, 19 ağacın budaqları qırılıb.
Bu barədə APA-ya Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib.
Bakıda küləyin təsirindən 11 ağac sınıb
Qeyd edilib ki, Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları bütün gecəni gücləndirilmiş iş rejimində çalışıblar.
Bakıda küləyin təsirindən 11 ağac sınıb
Birliyin mobil qrupları operativ şəkildə sınan ağacların kəsilməsini, zədələnənlərin budanlasını və ərazinin təmizlənməsini təmin ediblər.
Bakıda küləyin təsirindən 11 ağac sınıb
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.