BAKI, 29 iyul — Sputnik. Pakistanda iyunun 25-dən iyulun 28-dək davam edən musson yağışları nəticəsində həyatını itirənlərin sayı 169-a çatıb. Pakistanın Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyinin məlumatına görə, yaralıların sayı 250-ni ötüb.
Açıqlamada qeyd olunub ki, sözügedən tarixlərdə yağan güclü yağışlar nəticəsində 242 ev qismən, 1 162 ev tamamilə dağılıb və 11 mindən çox insan təxliyə edilib.
Qeyd edək ki, ötən il Pakistanda musson yağışlarının səbəb olduğu daşqınlar nəticəsində 1739 nəfər həlak olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.