BAKI, 29 iyul - Sputnik. Türkiyənin cənubunda və Yunanıstanda gələn həftə havanın temperaturu 32-34 dərəcəyə enəcək, lakin küləklər səbəbindən meşə yanğınları ilə bağlı vəziyyət gərgin olaraq qalacaq. Bu barədə RİA Novosti-yə Rusiyanın Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand bildirib.
Roman Vilfand, arxiv
© Sputnik / Владимир Трефилов
“Türkiyənin cənubunda havanın temperaturu kifayət qədər sabit olacaq, 40-45 dərəcə isti proqnozlaşdırılmır, təzyiq aşağı düşür. Hətta şənbə və bazar günləri - təxminən 35 dərəcə, daha sonra isə - 32-34 dərəcə aralığında. Bu, artıq rahat havadır”, - deyə Vilfand bildirib.
Bundan əlavə, onun sözlərinə görə, Aralıq dənizində suyun temperaturu 26 dərəcə qalacaq. Rusiyalı meteoroloq əlavə edib ki, Türkiyə və Yunanıstanda baş verən yanğınlar artıq havanın temperaturu 40-45 dərəcəyə qədər istiləşdiyi zaman belə isti hava şəraiti ilə bağlı olmayacaq, ancaq istiliyin azalması şəraitində külək onları dağıdacaq.
"Külək saniyədə 10 metrə yaxın əsəcək və burada saniyədə hər metr yanğının alovlanmasına kömək edir, ona görə də orada vəziyyət gərgin olacaq", - deyə sinoptik əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.