DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Hindistan SWIFT-ə öz alternativini yaratmaq imkanlarını araşdırır

Hindistan son illərdə ikitərəfli əlaqələrdə, xüsusən də Rusiya, BRİKS ölkələri və Afrika ilə ticarətdə milli valyutalarla hesablaşmalar mövzusunu müntəzəm olaraq qaldırıb.
Sputnik
BAKI, 28 iyul — Sputnik. Hindistan hakimiyyəti beynəlxalq ticarətdə rupi ilə hesablaşmalar üçün SWIFT banklararası məlumat mübadiləsi sisteminə alternativin işlənib hazırlanması imkanını nəzərdən keçirir. Bu barədə "The Economic Times" məlumat yayıb.
Qəzet mənbələrə istinadən bildirir ki, özünün beynəlxalq maliyyə məlumat mübadiləsi sisteminin yaradılması "hind valyutasının qlobal maliyyə sistemindəki rolunu artırmağa" kömək edəcək.
Onun sözlərinə görə, hökumət artıq bu məsələ ilə bağlı ekspert komissiyası yaradıb və tezliklə öz işinin nəticələrini təqdim etməlidir. Komissiyaya Hindistanın bank sektorunun nümayəndələri, xüsusən Hindistan Dövlət Bankı, Mərkəzi Bank, Baroda Bankı məsləhət verir.
Hindistan son illərdə ikitərəfli əlaqələrdə, xüsusən də Rusiya, BRİKS ölkələri və Afrika ilə ticarətdə milli valyutalarla hesablaşmalar mövzusunu müntəzəm olaraq qaldırıb. 2023-cü ilin iyulunda Hindistan Ehtiyat Bankının (RBI, mərkəzi bank) idarələrarası işçi qrupu qeyd edib ki, Hindistan bu məqsədlə ölkədə mövcud ödəniş sistemlərindən istifadə edə bilər, onlardan ən populyarı "UPI", "RuPay"dir.