DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

“Facebook” və “Instagram” kanadalılar üçün xəbərlərə çıxışı bloklayacaq

“Meta” yaxın bir neçə ay ərzində kanadalı istifadəçilər üçün xəbərləri bloklamağa başlayacağını və dəyişikliyin dərhal baş verməyəcəyini bildirib.
Sputnik
BAKI, 29 iyul - Sputnik. Sosial media nəhəngi “Meta” “Bill C-18 Onlayn Xəbər Aktı” qüvvəyə mindikdən sonra kanadalı istifadəçilər üçün KİV xəbərlərinə çıxışı dayandıracağını təsdiqləyib.
APA xarici KİV-ə istinadla xəbər verir ki, qanuna görə “Meta” və “Google” kimi İKT nəhəngləri xəbərləri öz platformalarında yerləşdirmək üçün xəbər agentliklərinə pul ödəməlidir.
“Meta” yaxın bir neçə ay ərzində kanadalı istifadəçilər üçün xəbərləri bloklamağa başlayacağını və dəyişikliyin dərhal baş verməyəcəyini bildirib.
* Meta-nın (Facebook və Instagram sosial şəbəkələri) fəaliyyəti Rusiyada ekstremist kimi qadağan edilib.