BAKI, 28 iyul — Sputnik. Rusiya, Suriya, Türkiyə və İran XİN rəhbərlərinin yeni görüşünün keçirilməsi məsələsi müzakirə edilir. Bu barədə RİA Novosti Rusiya diplomatik departamentindəki mənbəyə istinadən məlumat yayıb.
"Bu məsələ müzakirə olunur. Amma nəticə əldə etmək üçün bütün nazirlərin iş qrafikinin üst-üstə düşməsi lazımdır. Bu, proses davam edir", - agentliyin həmsöhbəti bildirib.
Mayın 10-da Moskvada dörd ölkənin xarici işlər nazirlərinin ilk görüşü keçirilib. Onun nəticələrindən sonra nazirlər Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşdırılması üçün yol xəritəsi layihəsinin hazırlanmasını tapşırıblar.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov daha əvvəl yol xəritəsinin prioritet mövzularını açıqlamışdı. Onların arasında Suriya hökumətinin bütün ölkə ərazisində nəzarətinin bərpası probleminin həlli, Suriya-Türkiyə sərhədinin təhlükəsizliyinin təmin edilməsi, transsərhəd hücumları və terrorçuların sızma ehtimalının aradan qaldırılması var.