BAKI, 28 iyul — Sputnik. Ukrayna münaqişəsi artıq suverenliyini itirmiş ukraynalıların özlərinə deyil, bu ölkəni idarə edən Qərb ölkələrinə lazımdır. Bu fikri Macarıstanın baş naziri Viktor Orban Kossuth radio proqramında çıxışı zamanı deyib.
"Bu müharibə artıq ukraynalıların müharibəsi deyil", - hökumət başçısı deyib.
"Ukraynalıların gücü tükəndi, yalnız Qərbin pulu Ukraynanı dəstəkləyir", - deyən Orban, Ukrayna praktiki olaraq suverenliyini itirib deyib.
Onun sözlərinə görə, indi yalnız Qərbin pulu Ukraynaya sağ qalmağa və Ukrayna ordusunun döyüş qabiliyyətini saxlamağa imkan verir.
"Bununla belə, öz silahlı qüvvələrini müstəqil şəkildə maliyyələşdirə bilməyən ölkə suveren sayıla bilməz", - Macarıstanın baş naziri vurğulayıb.