DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Trampa qarşı əlavə ittiham irəli sürülüb

32-ci bənd əlavə edilib, ona əsasən, Donald Tramp daha bir maddə ilə - müdafiə məlumatlarını qanunsuz saxlamaqda ittiham olunur
Sputnik
BAKI, 28 iyul - Sputnik. ABŞ-ın Ədliyyə Nazirliyi ölkənin keçmiş prezidenti Donald Trampa qarşı məxfi materiallarla düzgün işləmədiyinə görə əlavə ittihamlar irəli sürüb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Florida ştatının Cənub Dairəsi məhkəməsinin elektron məlumat bazasına daxil olan sənəddə deyilir.
“32-ci bənd əlavə edilib, ona əsasən, Donald Tramp daha bir maddə ilə - müdafiə məlumatlarını qanunsuz saxlamaqda ittiham olunur”, - mətndə deyilir.
Bundan əlavə, işdə yeni bir müttəhim meydana çıxıb - Karlos De Oliveyra. O, ədalət mühakiməsinin həyata keçirilməsinə mane olmaq üçün cinayət sui-qəsdində ittiham olunur: məhkəmənin materiallarına görə, o, iş üzrə digər müttəhim Valter Nauta ilə birlikdə 2022-ci ilin yayında müşahidə kamerasındakı səs yazısını məhv etməyə çalışıb.