TƏHSİL

Şəhid və müharibə əlillərinin dövlət büdcəsi hesabına oxuyan övladlarının sayı açıqlanıb

Onlardan 25 nəfəri peşə təhsili müəssisələrində təhsil alanlardır.
Sputnik
BAKI, 28 iyul — Sputnik. Ölkəmizin ərazi bütovlüyü və müstəqilliyi uğrunda həlak olmuş, eləcə də əlilliyi müəyyən edilmiş vətəndaşlarımızın ödənişli təhsil alan övladlarının təhsil xərcləri dövlət büdcəsi hesabına ödənilir.
Elm və Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, bu, ümumilikdə 2465 nəfərə şamil edilib. Onlardan 1863 nəfəri ali təhsil müəssisələrində (tibb müəssisələri də daxil), 577 nəfəri orta ixtisas təhsili müəssisələrində ödənişli, 25 nəfəri peşə təhsili müəssisələrində təhsil alanlardır.