RUSİYA

Putin Zimbabve prezidentinə helikopter hədiyyə edib

Rusiya prezidentinin mətbuat katibi Peskov bildirib ki, əslində helikopter ötən il hədiyyə edilib. Amma Zimbabve xəbəri indi yayıb.
Sputnik
BAKI, 28 iyul - Sputnik. Rusiya Prezidenti Vladimir Putin Zimbabvenin dövlət başçısı Emmerson Mnaqaqvaya prezident helikopteri hədiyyə edib.
Bu barədə Zimbabvenin İnformasiya, Təbliğat və Yayım Nazirliyi məlumat yayıb.
“Zati-aliləri Prezident Putin Zati-aliləri Prezident Emmerson Dambuzo Mnanqaqvaya prezident helikopteri hədiyyə etdi və bu helikopter tezliklə Zimbabveyə çatdırılacaq”, - mətbuat xidməti bildirib.
Yazı bir neçə fotoşəkillə müşayiət olunub.
Rusiya prezidentinin mətbuat katibi Peskov RİA Novosti-yə bildirib ki, helikopter ötən il hədiyyə edilib.
Qeyd edək ki, bu gün dövlət başçıları Sankt-Peterburqda Rusiya-Afrika sammiti çərçivəsində görüşüb.