BAKI, 28 iyul — Sputnik. Moskva ilə Qahirə arasında münasibətlər təkcə sənədlərdə deyil deyil, həm də faktiki olaraq strateji xarakter daşıyır. Bunu Rusiya prezidenti Vladimir Putin ikinci Rusiya-Afrika sammitinin plenar iclasında çıxışı zamanı deyib.
"Rusiya ilə Misir arasındakı münasibətlər onilliklərdir ki, strateji xarakter daşıyır. Bu, sadəcə, həyatın gerçəkliyidir. Hətta bizim sənədlərdə nə yazılmasının heç bir əhəmiyyəti yoxdur, baxmayaraq ki, orada Misirlə Rusiya arasında həm siyasət, həm də iqtisadiyyat sahəsində münasibətlər həqiqətən strateji xarakter daşıyırlar", - Rusiya prezidenti misirli həmkarı Əbdülfəttah əs-Sisinin plenar iclasda çıxışından sonra bildirib.
Putin qeyd edib ki, Rusiya və Misirin "çox böyük ortaq layihələri" var.
İyulun 27-28-də Sankt-Peterburqda "Rusiya - Afrika" ikinci sammiti, iqtisadi və humanitar forumu keçirilir. RİA Novosti tədbirin media tərəfdaşıdır. İlk Rusiya-Afrika sammiti 2019-cu ildə Soçidə iqtisadi forumla yanaşı keçirilib. Forumda Afrika dövlətlərinin başçıları, Rusiya, Afrika və beynəlxalq biznes və dövlət qurumlarının nümayəndələri, eləcə də Afrika qitəsinin inteqrasiya birliklərinin nümayəndələri iştirak ediblər.