HƏRBİ

MN: Yüksək rütbəli 3 hərbçinin vəzifədən çıxarılması barədə məlumatlar əsassızdır

Media subyektlərinə və sosial şəbəkə istifadəçilərinə heç bir real əsası olmayan, rəsmi təsdiqini tapmayan məlumatları paylaşmamağı tövsiyə edilir.
Sputnik
BAKI, 28 iyul - Sputnik. "Bəzi media subyektləri tərəfindən guya yüksək rütbəli 3 nəfər hərbi qulluqçunun vəzifədən azad edilməsi barədə əsassız məlumatlar paylaşılır".
Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunub.
"Bildiririk ki, ictimailəşdirilməsi məqsədəuyğun hesab edilən məlumatlar Müdafiə Nazirliyi tərəfindən mütəmadi olaraq çatdırılır.
Media subyektlərinə və sosial şəbəkə istifadəçilərinə heç bir real əsası olmayan, rəsmi təsdiqini tapmayan məlumatları paylaşmamağı tövsiyə edirik", - MN-in məlumatında deyilir.