RUSİYA

Kreml APEC sammitinə dəvət gözləmir

"The Washington Post" ABŞ rəsmilərinə istinadən yazıb ki, ABŞ hakimiyyəti Putini bu görüşə dəvət etmək niyyətində deyil.
Sputnik
BAKI, 28 iyul — Sputnik. Kreml Rusiya prezidenti Vladimir Putinin noyabrda San-Fransiskoda keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitinə dəvət almasını gözləmir. Bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.
Bundan əvvəl "The Washington Post" ABŞ rəsmilərinə istinadən yazıb ki, ABŞ hakimiyyəti Putini bu görüşə dəvət etmək niyyətində deyil.
"Bundan əvvəl, hələ çoxlu tədbirlər var. Bu, hələ müzakirə olunmayıb. Amma biz bu dəvəti gözləmirik", - Peskov Kremlin artıq Vaşinqtondan bildiriş alıb-almadığı sualına cavabında deyib.