BAKI, 28 iyul — Sputnik. Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının tərkibində dəyişiklik edilib.
Prezident İlham Əliyev bununla bağlı "Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibinin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 8 aprel tarixli 499 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Dəyişikliklə Fərmanın 1-ci hissəsinin "İsa Həbibbəyli – Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti" və "Tahir Salahov – Xalq rəssamı" abzasları ləğv edilib.