CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda rabitə qülləsinə qara bayraq asan şəxs həbs edilib

Sabunçu rayonu Ramana qəsəbəsində rabitə qülləsinə qara bayraq asılması müşahidə olunub.
Sputnik
BAKI, 28 iyul — Sputnik. Bakıda rabitə qülləsinə qara bayraq asan şəxs həbs edilib. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, "Dini etiqad azadlığı haqqında" qanuna əsasən bütün dini mərasimlər yalnız məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirilməlidir. Qanunvericiliyin tələblərinə zidd olaraq, iyulun 28-də günorta saatlarında Sabunçu rayonu Ramana qəsəbəsində rabitə qülləsinə qara bayraq asılması müşahidə olunub.
Polis əməkdaşları həmin əməli törədən 1983-cü il təvəllüdlü Hüseynov Samid müəyyən edib və o, həbs edilib.