Bu gün Məhərrəm ayının onuncu günü, Aşura qeyd olunur.
Xatırladaq ki, Məhərrəm ayında əzadarlıq mərasimləri İslam Peyğəmbəri Məhəmməd əleyhissalamın nəvəsi imam Hüseyn əleyhissalamın, onun ailə üzvləri və tərəfdarlarının şəhid olması ilə əlaqədar keçirilir. Onlar 680-ci ildə Kərbəlada şəhid ediliblər.
Onminlərlə insan Kərbəla faciəsini yad etmək, imam Hüseynin şücaəti haqqında moizələri dinləmək üçün məscidlərə toplaşıb.
Bundan əlavə, Aşura ilə əlaqədar 8 məscid və ziyarətgahda, habelə 8 səhiyyə müəssisəsində də qanvermə aksiyaları təşkil olunub.