BAKI, 28 iyul — Sputnik. Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Aşura günü ilə əlaqədar qan verib.
Sputnik Azərbaycan xəbər verir ki, Allahşükür Paşazadə, dini konfessiya rəhbərləri və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyev QMİ-də qan verib.
A. Paşazadə bildirib ki, Azərbaycanda şiə məzhəbindən olanlara qarşı heç bir təqib yoxdur. O bildirib ki, bu şayiələrin arxasında dayanan ermənilərdir: "Bu gün Azərbaycanda hər kəs rahat ibadətini edir və məzhəbinə görə təqib edilmir".
Məlumat üçün bildirək ki, mərasimlər "Təzə Pir", Göy məscid, Bibiheybət, İmam Əli və ölkənin digər məscidlərində təşkil olunub.
Qeyd edək ki, bu gün Aşura günüdür. Məhərrəm ayı iyulun 19-da başlayıb. Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşəbbüsü ilə Aşura günü ilə əlaqədar paytaxtda 8 məscid və ziyarətgahda, regionlarda isə Mərkəzi Qan Bankının bölmələrində qanvermə aksiyaları keçirilir.