DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Şamaxıda qəsdən yanğın törədənlərin kimliyi məlum oldu

Yanğının ətraf əraziyə yayılmasının qarşısı alınıb və hadisəni törədən şəxsin kənd sakini Cavidan Dəmirzadə olduğu məlum olub.
Sputnik
BAKI, 27 iyul — Sputnik. Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayon ərazisində qəsdən yanğın törədən şəxslər barəsində qanunamüvafiq tədbir görülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Məlcək kəndi ərazisində xidmətdə olan polis əməkdaşları bir nəfərin əkin sahəsini yandırdığını aşkar ediblər.
Yanğının ətraf əraziyə yayılmasının qarşısı alınıb və hadisəni törədən şəxsin kənd sakini Cavidan Dəmirzadə olduğu məlum olub.
Onunla profilaktiki söhbət aparılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 244-1-ci (Əkin yerinin yandırılması) maddəsi ilə protokol tərtib edilib.
Keçirilən digər analoji tədbir zamanı Qaravəlli kəndi ərazisində əkin sahəsini yandıran Mənəf İsmayılov barəsində də inzibati tənbeh tədbiri tətbiq olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.