RUSİYA

Rusiya Qərbin sammitə görə Afrika ölkələrinə təzyiq etdiyini başa düşür

Verşinin bildirib ki, Afrika ölkələri sammitdə iştirak etməmək və Rusiya ilə qarşılıqlı əlaqəyə girməmək üçün qərb paytaxtları tərəfindən ciddi təzyiqə məruz qalıblar.
Sputnik
BAKI, 27 iyul — Sputnik. Rusiya Qərbin Afrika ölkələrinə Sankt-Peterburqda keçiriləcək sammitdə iştirak etməkdən imtina etmələri üçün onlara təzyiq göstərdiyini anlayır.
Bu barədə RİA Novosti Rusiya xarici işlər nazirinin müavini Sergey Verşininin açıqlamalarına istinadən xəbər verib.
"Biz yaxşı başa düşürük ki, Afrika ölkələri sammitdə iştirak etməmək və Rusiya ilə qarşılıqlı əlaqəyə girməmək üçün qərb paytaxtları tərəfindən ciddi təzyiqə məruz qalıblar", - deyə RİA Novosti nazir müavinindən sitat gətirib.
Bu yaxınlarda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya-Afrika sammitində iştirak edənlərin sayının bəzi liderlərin iş qrafikinə görə az olduğunu və Qərbin təzyiqinin də burada rol oynadığını bildirib.
Rusiya Prezidenti Vladimir Putin Rusiya-Afrika İqtisadi və Humanitar Forumunun iştirakçılarına və qonaqlarına təbrik teleqramında bildirib ki, Moskva Afrika ölkələri ilə ticarət və investisiya sahəsində, yoxsulluqla mübarizə və ərzaq təhlükəsizliyinin təmin edilməsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.
Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov qeyd edib ki, Putin Rusiya-Afrika sammitində hər bir liderlə ayrıca görüşməyi planlaşdırır.
Xatırladaq ki, iyulun 27-28-də Sankt-Peterburqda ikinci Rusiya-Afrika sammiti və iqtisadi forumu keçiriləcək.
RUSİYA
Afrika özünü çoxqütblü dünyanın qütblərindən biri kimi daha inamla təsdiq edir - Putin