HƏRBİ

Azərbaycan 200 gənci milli döyüş təyyarələrini öyrənmək üçün Türkiyəyə göndərir

Azərbaycan müdafiə sənayesi naziri Mədət Quliyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev ordunun gücləndirilməsi və müasir silah-sursatla təmin edilməsinə böyük önəm verir.
Sputnik
BAKI, 27 iyul — Sputnik. Azərbaycan yaxın zamanda 200 gənci milli döyüş təyyarəsi "KAAN" layihəsində iştirak etmək üçün Türkiyəyə göndərəcək.
Bu barədə Azərbaycan Müdafiə sənayesi naziri Mədət Quliyev APA-ya bildirib.
O, "KAAN" layihəsinin Azərbaycan üçün çox əhəmiyyətli olduğunu vurğulayıb.
Nazir azərbaycanlı jurnalistlərə açıqlamasında əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyev ordunun gücləndirilməsi və müasir silah-sursatla təmin edilməsinə böyük önəm verir.
"Dövlət başçısı tapşırıq vermişdi ki, biz Türkiyə tərəfi ilə müdafiə sənayesi sahəsində sıx əməkdaşlıq edək. Və artıq bir neçə türk şirkəti ilə sənədlər imzalanıb", - o deyib.