İsraildə məhkəmə islahatlarının əleyhdarları ölkənin müxtəlif bölgələrində kortəbii etiraz aksiyalarına çıxıblar.
Təl-Əvivdə on minlərlə insan etiraz edir, burada polis su şırnaqlarından istifadə edir və nümayişçiləri şəhərin mərkəzindəki küçələrdən uzaqlaşdırmağa çalışır. Etirazçıların bir hissəsi Təl-Əvivin şimalındakı 551 nömrəli magistral yolda nəqliyyatın hərəkətini dayandırıb.
Hayfa şəhərində minlərlə insan polisin əvvəlcədən maneələr qurduğu Horev-Froydun mərkəzi kəsişməsində toplaşıb.
Kfar-Sava şəhərində etirazçılar "İsrailin diktatura ailəsinə qoşulmasının əlaməti olaraq" Macarıstan və Türkiyə bayraqlarını nümayiş etdiriblər. İsrailin cənubundakı Beer-Şeva şəhərində də nümayişçilər magistral yolda nəqliyyatın hərəkətini bağlayıblar.