BAKI, 26 iyul — Sputnik. Mərkəzi Bank bu aydan etibarən cəzalandıracağı maliyyə qurumlarının adlarını rəsmi internet səhifəsi vasitəsilə açıqlayacaq.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) faiz dəhlizinin parametrlərinin müəyyən edilməsi ilə bağlı keçirdiyi mətbuat konfransında sədr Taleh Kazımov deyib.
Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü Taleh Kazımov
© Photo : Central Bank of the Republic of Azerbaijan
AMB sədrinin sözlərinə görə, bu, Azərbaycanda ilk təcrübədir.
"Yeni internet səhifəsi işə düşəcək. Bu səhifədə qanun və qaydaları pozan maliyyə təşkilatlarının adları, tətbiq edilən cərimə və sanksiyalar açıqlanacaq. Biz istəyirik ki, maliyyə istehlakçılarının hüquqları daha yüksək səviyyədə qorunsun", - T. Kazımov əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.