HADİSƏ

Lənkəranda yol qəzasında xəsarət alanların sayı 7-yə çatıb, vəzifəli şəxsin durumu ağırdır

Xəstələrə əsasən döşün sağ payında çoxsaylı qabırğa sınıqları, said sümüklərinin qapalı sınığı, başın və döş qəfəsinin küt travması diaqnozları qoyulub.
Sputnik
BAKI, 26 iyul — Sputnik. Lənkəranda iki avtomobilin toqquşması nəticəsində baş verən qəzada 7 nəfər xəsarət alıb. Bu barədə Lənkəran Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, hadisə ilə bağlı təcili yardım şöbəsinə 7 yaralı daxil olub.
Qeyd edilib ki, hadisə zamanı xəsarət alanlar 1988-ci il təvəllüdlü Sadiq Rzayev, 1970-ci il təvəllüdlü Allahverdi İbrahimov, 1970-ci il təvəllüdlü Füzuli Allahverdiyev, 1991-ci il təvəllüdlü Günel İbrahimova, 1998-ci il təvəllüdlü Təmail İbrahimov, 2019-cu il təvəllüdlü Günəş Agayeva, 2012-ci il təvəllüdlü Mirvəli Agayevadır.
Xəstələrə əsasən döşün sağ payında çoxsaylı qabırğa sınıqları, said sümüklərinin qapalı sınığı, başın və döş qəfəsinin küt travması diaqnozları qoyulub.
Yaralılardan 2-si müvafiq şöbələrə yerləşdirilib.
Digər xəsarət alanların müalicəsi təcili yardım şöbəsində davam etdirilir.
Qeyd edək ki, vəziyyəti ağır olan yaralı Tuado kənd inzibati ərazi üzrə icra nümayəndəsi İbrahimov Allahverdidir.
(Report.az)
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.