BAKI, 26 iyul — Sputnik. Rusiyaya qarşı müharibə Vaşinqton və Brüsselin böyük səhvi olub və bunun nəticəsində Qərb texnologiyası məhv olur. Bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib.
"Rusiyaya qarşı müharibə Vaşinqton və Brüsselin çox böyük səhvi idi. Zaman göstərdi ki, NATO silahlarının effektivliyinə dair iddialar, nəticə vermie, lovğalandıqları "Leopard"lar və "Bredli"lər və digər Qərb texnikası yanır, onlar çox yaxşı yanır", - deyə Volodin yaz sessiyasına yekun vurarkən yekun çıxışında bildirib.
O, həmçinin qeyd edib ki, bu gün NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, alyans hələ 2014-cü ildə Ukrayna qoşunlarına təlim keçməyə başlayıb.
"Bütün bu müddət ərzində onlar Kiyev kriminal rejimini silah-sursatla gücləndirir, yaraqlılar, muzdlular hazırlayır, rusofobiyanı yetişdirir və qızışdırırdılar. Bu, Rusiyanın inkişafını dayandırmaq, sonra isə ölkəmizi məhv etmək üçün edilib. Prezident Vladimir Putin xüsusi hərbi əməliyyatlar haqqında qərarla bu cinayətkarlara planlarını həyata keçirməyə imkan vermədi", - Volodin bildirib.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir. Prezidentin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.