RUSİYA

Azərbaycan-Rusiya əməkdaşlığı Cənubi Qafqazda sabitliyin əsas elementlərindəndir - RF XİN

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova RF-Azərbaycan münasibətləri barədə danışıb.
Sputnik
BAKI, 26 iyul - Sputnik. Rusiya Azərbaycan prezidentinin yüksək münasibətlərin vəziyyəti ilə bağlı verdiyi qiyməti bölüşür. Bunu bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Diplomat bildirib ki, Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin imzalanmasından sonra iki ölkə arasında münasibətlər keyfiyyətcə yeni müstəvidə inkişaf edir.

"Biz birlikdə çalışırıq ki, bu strateji sənədin potensialı tam üzə çıxsın və tərəfdaşlığımız hərtərəfli olsun. Azərbaycan və Rusiya arasında möhkəm və sıx əməkdaşlıq Cənubi Qafqazın sabitliyinin əsas elementlərindən biridir", - deyə Zaxarova vurğulayıb.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.