BAKI, 26 iyul — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Rusiya-Afrika İqtisadi və Humanitar Forumunun iştirakçılarına və qonaqlarına salamlayıb və Afrikanın formalaşmaqda olan çoxqütblü dünyanın qütblərindən biri kimi rolunu qeyd edib. Bu barədə məlumat Kremlin saytında dərc olunub.
"Bu gün Afrika özünü formalaşmaqda olan çoxqütblü dünyanın qütblərindən biri kimi getdikcə daha inamla təsdiq edir. Burada istehsal və kənd təsərrüfatında, nəqliyyat infrastrukturunda və yanacaq-energetika kompleksində, səhiyyə və təhsildə, eləcə də digər sahələrdə müsbət dəyişikliklər sürət qazanır", - Rusiya lideri vurğulayıb.
Putin onu da qeyd edib ki, Moskva Afrika dövlətlərinin sosial-iqtisadi sabitlik və tərəqqiyə dair istəklərini dəstəkləyir.
"Son illərdə Afrika ilə əməkdaşlığımızın yeni səviyyəyə qalxması vacibdir. Biz ticarəti, investisiyaları stimullaşdırmaq, əməkdaşlığı dərinləşdirmək, yoxsulluqla mübarizə, müasir kadrların hazırlanması, ərzaq təhlükəsizliyinin təmin edilməsi və iqlim dəyişikliyi kimi aktual məsələlərdə birgə işləmək niyyətindəyik", - Rusiya Federasiyası Prezidenti bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.