HADİSƏ

Xudatda iki minik avtomobili toqquşub, 5 nəfər xəsarət alıb

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Sputnik
BAKI, 25 iyul - Sputnik. Xudatda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Xudat-Nabran avtomobil yolunun Müqtədir qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "VAZ-2106" və "VAZ-2105" markalı minik avtomobillərinin toqquşması nəticəsində 1991-ci il təvəllüdlü Səfərov Elvin Mahir oğlu, 2000-ci il təvəllüdlü Şahbazov Seyid İlham oğlu, 1999-cu il təvəllüdlü Mirzəyev Ağa Ələddin oğlu, 1991-ci il təvəllüdlü Şahverdiyev Elşad Hikmət oğlu və Əlimuradov Aydın Məlik oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.