RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

XHƏ zonası - "Bradley" və "Leopard"ların qəbiristanlığı

İyulun 23-də keçirilən görüşdə Belarus Respublikası və Rusiya Federasiyasının Prezidentləri Aleksandr Lukaşenko və Vladimir Putin Ukrayna Silahlı Qüvvələrin və NATO-nun böyük itkilər verdiyini bildiriblər.
Sputnik
Ukrayna ordusunun əks-hücumları uğursuzluğa düçar olub və NATO hərbi texnikasının nüfuzuna da xələl gətirib. Rusiya qoşunlarının qruplaşması iyunun 4-dən etibarən bütün istiqamətlərdə Ukrayna Silahlı Qüvvələrinin (USQ) 26 mindən çox döyüşçüsünü, ABŞ və NATO tərəfindən "Rusiya üzərində qələbə" üçün Kiyev rejiminə təhvil verilmiş onlarla "Bradley" piyada döyüş maşını (PDM) və "Leopard" tankını məhv edib. Qərb narahatlıqla itkiləri hesablayır və "Ukrayna layihəsi"nin dəyərini gec qiymətləndirir.
İyulun 23-də keçirilən görüşdə Belarus Respublikası və Rusiya Federasiyasının Prezidentləri Aleksandr Lukaşenko və Vladimir Putin Ukrayna Silahlı Qüvvələrin və NATO-nun böyük itkilər verdiyini bildiriblər - iyulun 22-də yalnız bir döyüşdə Rusiya bölmələri Almaniya istehsalı olan 15-dən çox "Leopard" tankını və ABŞ istehsalı olan 20 "Bradley" piyada döyüş maşınını məhv ediblər. Bu yaxınlarda Vladimir Putin Qərb kuratorlarının "böyük yığılmış resursları"nın - yüz milyardlarla dollar və avroların, silah tədarüklərin, NATO ölkələrindən minlərlə hərbi məsləhətçi və muzdluların kömək etmədiyi USQ-nin əks-hücum əməliyyatının gedişatından məyus olduqlarını açıq şəkildə qeyd edib.

ABŞ-ın "Military Watch" hərbi jurnalı yazıb ki, Ukrayna, əvvəllər "tank qırıcıları" sayılan onlarla "Bradley" döyüş maşını üçün "qəbiristanlığ"a çevrilib. Tükənmiş uran sursatları olan 25 mm-lik toplar, tank əleyhinə raketlər və hətta sovet dinamik müdafiəsinin Ukrayna "aplikasiyası" da kömək etmir - Rusiyanın "Vixr" idarə olunan raketləri "Bradley" PDM-ni darmadağın edir. ABŞ 113 belə maşını Ukraynaya təhvil verib. Nəyə ümid etdikləri bəlli deyil. İraqda yüngül silahlı "üsyançılar" yüzdən çox "Bradley"i yandırıblar. Ukrayna hərbi əməliyyat teatrında ABŞ-ın hərbi-sənaye kompleksinin nüfuzu hələ may ayında – "Patriot" zenit raket kompleksinin (ZRK) batareyası ilə birlikdə məhv edilib.

NATO ölkələri tərəfindən Kiyevə təhvil verilən və vəd edilən müxtəlif modifikasiyalı yüzlərlə Almaniya istehsalı olan "Leopard" tankını eyni dərəcədə acınacaqlı aqibət gözləyir. Yalnız Zaporojye istiqamətində şənbə günü Rusiya qoşunları yeddi "Leopard"ı məhv ediblər. Həmçinin Almaniyanın "Bergepanzer2" və ABŞ-ın M88А2 "Hercules" zirehli təmir-evakuasiya maşınlarının itkiləri də orada qeyd edilib, onlar əvvəlcə M1 "Abrams" tankları ilə birlikdə istifadə üçün nəzərdə tutulub. USQ və NATO strateqləri Rusiya Silahlı Qüvvələrinin (RSQ) artilleriya, idarə olunan raketlər və hücum dronları tərəfindən, minalanmış sahələrdə kütləvi şəkildə məhv edilən ABŞ və Avropa zirehli texnikalarının potensialını açıq şəkildə yüksək qiymətləndiriblər.
Atlantik turbulentliyi
Qərb USQ-nin Kupyansk, Krasno Liman, Zaporojye istiqamətində böyük canlı qüvvə itkisindən narahat olur. Əsasən polyak və almanlardan ibarət xeyli sayda "xarici hərbi muzdluların" Lvovda Rusiya Hərbi Dəniz Qüvvələrinin yüksək dəqiqlikli raketləri ilə məhv edilməsi xüsusi rezonans doğurub. USQ-nin Quru Qoşunları Akademiyasının ərazisindəki "Ay krateri" Rusiyanın 2022-ci ilin martında Yavorov poliqonuna və 2023-cü ilin mayında Xmelnitskidə tükənmiş uran arsenalına hücumlarından sonra artıq NATO üçün "üçüncü çağırış zəngi" olub.
USQ-nin uğursuz əks-hücum əməliyyatı fonunda ABŞ ordusunun Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəisi Mark Milli NATO kəşfiyyatının uğursuzluğunu etiraf edib. ABŞ-ın "The Drive" nəşri Ukrayna hərbi əməliyyatlar teatrındakı vəziyyətin təhlilini dərc edib və əsas nəticə ondan ibarətdir ki, Ukrayna Silahlı Qüvvələri geniş cəbhədə mürəkkəb birləşmiş silahlı əməliyyatlar keçirməyə qadir deyil. Əsas səbəb bölmələrin lazımi səviyyədə döyüş koordinasiyasının olmamasıdır (baxmayaraq ki, ABŞ və onun müttəfiqləri USQ-nin 17 briqadasını, yəni 63 min Ukrayna hərbçisini birləşmiş silah manevrlərinə öyrədiblər).

NATO silahlı qüvvələri ilə Rusiya ordusu arasında birbaşa şərti toqquşma, şübhəsiz ki, daha ümidsiz görünə bilər (əfqan taliblərinin son "dərslərini" xatırlayırıq). ABŞ hərbi analitiklərinin yalnız "Rusiya müdafiəsinin qəfil və ya tədricən çökməsi nəticəsində rusiyalıların döyüş ruhunun tənəzzülünə" ümid etmələri gülməli görünür. Rusiya eşelonlu müdafiəsinin əlçatmazlığı yalnız qüvvə və vasitələrdə, taktika və strategiyada, hərbi sənaye kompleksi resurslarında döyüş üstünlüyü əsasında Rusiya hücumuna çevrilə bilər.

Rusiya Silahlı Qüvvələrinin "Mərkəz" qruplaşmasının komandiri, general-leytenant Andrey Mordviçev iyulun 23-də bildirib ki, Ukrayna qoşunlarının Kiyev yaxınlığında (Qərb) döyüş fəaliyyəti üçün avqustun sonuna qədər ehtiyatları kifayət edəcək və 2024-cü ilin yazına isə "bütün bunlar bitəcək". Xüsusi hərbi əməliyyatın (XHƏ) qaynar episentrində fəaliyyət göstərən hərbi liderin proqnozu xüsusi diqqətə layiqdir, çünki müəyyən nəticə ilə "hər şey bitəcək". Rusiyanın kənarındakı Mazepalar çox yaşamır.