DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ukraynadan taxıl idxalına qoyulmuş qadağaların uzadılmasını istədilər

Bundan əvvəl Nad bildirib ki, Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya və Slovakiya öz fermerlərinin maraqlarını qorumaq üçün qadağanın ən azı dekabrın 31-dək uzadılmasını tələb etməyə razılaşıblar.
Sputnik
BAKI, 25 iyul — Sputnik. Mərkəzi Avropanın beş ölkəsi sentyabrın 15-dək Ukraynadan taxıl idxalına qoyulmuş qadağanın ilin sonunadək uzadılması xahişi ilə Avropa Komissiyasına müraciət edib. Bu barədə Brüsseldə Aİ ölkələrindən olan həmkarları ilə görüşdə iştirak edən Macarıstanın kənd təsərrüfatının inkişafı naziri İştvan Nad bildirib.
"Sərhəd ölkələrin kənd təsərrüfatı nazirləri ilə birlikdə biz Brüsseldən Ukraynadan taxıl idxalına qoyulan qadağanın ilin sonuna qədər uzadılmasını xahiş etdik", - deyə Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri bildirib.
Bundan əvvəl Nad bildirib ki, Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya və Slovakiya öz fermerlərinin maraqlarını qorumaq üçün Avropa Komissiyasından Ukraynadan taxıl və yağlı bitkilərin tədarükünə qoyulan qadağanın ən azı dekabrın 31-dək uzadılmasını tələb etməyə razılaşıblar.