RUSİYA

Patruşev hindistanlı həmkarı ilə nəyi müzakirə edib?

Patruşev və Doval arasında ikitərəfli danışıqlar Yohannesburqda BRİKS ölkələrinin təhlükəsizlik məsələləri üzrə ali nümayəndələrinin görüşü çərçivəsində baş tutub.
Sputnik
BAKI, 25 iyul — Sputnik. Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Yohannesburqda Hindistanın baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Ajit Kumar Doval ilə danışıqlar aparıb.
Bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.
Tərəflər təhlükəsizlik sahəsində Rusiya-Hindistan əməkdaşlığı, iqtisadiyyat sahəsində əməkdaşlığı müzakirə ediblər,
Patruşev və Doval arasında ikitərəfli danışıqlar Yohannesburqda BRİKS ölkələrinin təhlükəsizlik məsələləri üzrə ali nümayəndələrinin görüşü çərçivəsində baş tutub.