BAKI, 25 iyul - Sputnik. “İrəvan Bakı ilə danışıqlarda konstruktivliyə köklənib”.
“Report” xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiya və Azərbaycanın xarici işlər nazirləri Sergey Lavrov və Ceyhun Bayramovla üçtərəfli görüş başlamamışdan əvvəl deyib.
“Bəzi məsələlərdə konkret nəticələr var, digərlərində razılıq əldə etmək perspektivləri var”, - o bildirib.
“İrəvan Bakı ilə danışıqlarda konstruktivliyə köklənib və danışıqları bütün platformalarda bütün istiqamətlərdə aparırıq”, - A.Mirzoyan qeyd edib.