HADİSƏ

Mingəçevirdə kater sahilə çırpılıb, xəsarət alanlar var

Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində motorlu qayığın limana çırpılması nəticəsində qayıqda olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıb
Sputnik
BAKI, 25 iyul — Sputnik. Dünən axşam Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində Samir Allahverdiyevin idarə etdiyi kater sahilə çırpılıb.
Baş Prokurorluğun yaydığı məlumata görə, iyulun 24-ü saat 22 radələrində Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində motorlu qayığın limana çırpılması nəticəsində qayıqda olan sərnişinlər – 1998-ci il təvəllüdlü Bayram Abbasov, 2007-ci il təvəllüdlü Heydər Həsənzadə və 1995-ci il təvəllüdlü Səbinə Ramazanova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda araşdırma aparılır.