AZƏRBAYCAN XƏBƏRLƏRİ

Bayramov: "Müsbət nəticənin olmadığını demək düzgün olmaz"

Nazir: "Ermənistan nümayəndə heyəti ilə bu formatda biz sülh müqaviləsinin qalan maddələrinin müzakirəsinə daha çox diqqət yetirəcəyik"
Sputnik
BAKI, 25 iyul - Sputnik. "İki ay əvvəl bu formatda görüşdük. O vaxtdan bəri liderlər və baş nazirin müavinləri səviyyəsində çoxlu sayda görüşlər və təmaslar olub. Xarici işlər nazirləri geniş tərkibdə görüşüblər". Bu sözləri Moskvada keçirilən Ceyhun Bayramov - Sergey Lavrov - Ararat Mirzoyan görüşündən öncə Azərbaycan xarici siyasət idarəsinin başçısı deyib.
O bildirib ki, danışıqlar prosesinin dinamikası kifayət qədər yüksəkdir: "Ümumiyyətlə, müsbət nəticənin olmadığını demək düzgün olmazdı. Bu gün məsələlərin bütün spektri üzrə fikir mübadiləsi aparmaq mümkün olacaq. Amma ənənəvi olaraq, Ermənistan nümayəndə heyəti ilə bu formatda biz sülh müqaviləsinin qalan maddələrinin müzakirəsinə daha çox diqqət yetirəcəyik".
SİYASƏT
Ceyhun Bayramov: Bölgədəki humanitar vəziyyətlə bağlı iddialar siyasi manipulyasiyadır