ELM

Anomal istilər: insanın dözə biləcəyi temperatur dərəcəsi neçədir?

Alimlər müəyyən ediblər ki, anomal istilərdə bu yaxınlarda qeyd olunan sağ qalmağın yuxarı hədləri reallığa uyğun gəlmir. Reallıq daha pisdir.
Sputnik
BAKI, 25 iyul — Sputnik. Temperatur hədləri bir çox amillərdən asılıdır və isti havada bunlar havanın rütubətinin göstəriciləridir. Alimlər bütün halları araşdırdıqdan sonra, insan təhlükəsizliyi üçün yuxarı temperatur həddinin əvvəllər düşünüldüyündən daha aşağı olduğu qənaətinə gəliblər.
Həddindən artıq istilər Avropa, Asiya və Şimali Amerikada rekordlar qırır, milyonlarla insan təbii anomaliyadan əziyyət çəkir. Artıq elm aləmində son həftə müşahidələr tarixində Yer kürəsinin ən isti həftəsi adlanır. İqlim dəyişdikcə istilik dalğaları daha da intensivləşir: onlar daha uzun müddət davam edir, daha tez-tez və daha isti olur.
İnsanı narahat edən əsas sual: normal gündəlik həyatın mümkün olmayacağı qədər istilər görəsən nə vaxt olavaq? "Science Alert" nəşri nədən qorxmaq lazım olduğunu izah edən araşdırma məlumatlarını toplayıb. Və bu tədqiqat məlumatları təkcə temperaturla bağlı deyil, həm də rütubətlə bağlıdır.
Alimlər bu iki göstəricinin birləşməsini nəzərdən keçirərək belə nəticəyə gəliblər ki, insanın istiliyə uyğunlaşma həddi əvvəllər düşünüldüyündən aşağıdır və həyat üçün təhlükə daha aşağı temperaturda baş verir.
Əvvəllər bir çoxları 100% faiz rütubətdə insan təhlükəsizliyi üçün maksimum temperaturun 35°C və ya 50% rütubətdə 46°C olduğunu bildirən tədqiqatlardan uzaqlaşıblar. Bu göstəricilərin yüksək olmasında insan bədəni sabit bədən istiliyini saxlamaq üçün bədən səthindən tərin buxarlanması ilə daha çox soyuya bilməz. Yalnız bu yaxınlarda bu hədd laboratoriya şəraitində insanlarda sınaqdan keçirilib. Bu sınaqların nəticələri məyusedici olub və narahatlıq üçün daha böyük bir səbəb ortaya çıxıb.
Bədənin həddindən artıq istiləşməsi zamanı ürək qanı vurmaq və istiliyi yaymaq üçün daha çox işləməli olur və tərləmə bədəndəki mayenin miqdarını azaldır. Ən ağır vəziyyətdə, uzun müddət günvurmaya məruz qalma dərhal və sürətli soyutma və müalicə tələb edən həyati təhlükəyə səbəb ola bilər.
Dünyada mövcud istilik dalğaları kritik həddə yaxınlaşır. Hindistan və Pakistanda təhlükəli həddə çatıb. Ancaq isti və quru bir mühitdə kritik ekoloji hədd geri çəkilir, çünki bədən tərəfindən verilən tərin demək olar ki, hamısı buxarlanır və bədən soyuyur.
Mütəxəssislər insanları qorumağa kömək edəcək iki amili qeyd edirlər. Bunlardan biri kifayət qədər maye istifadəsi və qısa müddətə belə olsa sərinləmək üçün yerlərin tapılmasıdır.