RUSİYA

Rusiya Silahlı Qüvvələri kilsələrə zərbə endirmir

Rusiya Müdafiə Nazirliyi Kiyev rejiminin Odessadakı Transfiqurasiya kafedralının yüksək dəqiqlikli silahlardan istifadə nəticəsində vurulması barədə məlumatını təkzib edib.
Sputnik
BAKI, 24 iyul — Sputnik. Rusiya silahlı qüvvələri heç vaxt Ukraynada sosial infrastruktura və kilsələrə zərbə endirmir, bunun əksi doğru deyil. Bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Rusiya Müdafiə Nazirliyi Kiyev rejiminin Odessadakı Transfiqurasiya kafedralının yüksək dəqiqlikli silahlardan istifadə nəticəsində vurulması barədə məlumatını təkzib edib.
Məbədin dağıdılmasının ən çox ehtimal olunan səbəbi Ukrayna Silahlı Qüvvələrinin yaşayış məntəqələrində qəsdən yerləşdirdiyi hava hücumundan müdafiə sistemlərinin əməliyyatçılarının savadsız hərəkətləridir. Rusiya MN hesab edir ki, zərbələr ukraynalı hərbçilərin məsuliyyətsizliyi ucbatından Ukrayna SQ-yə məxsus zenit-raket kompleksləri tərəfindən endirilib.
"Biz bunu dəfələrlə bəyan etmişik və təkrar edə bilərik. Silahlı Qüvvələrimiz heç vaxt sosial infrastruktur obyektlərinə, o cümlədən məbədlərə, kilsələrə və digər bu kimi obyektlərə zərbələr endirmir. Ona görə də biz bu cür ittihamları qəbul etmirik, bu, tamamilə yalandır", - Peskov qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.